MD Portal
MD Portal — Azərbaycanın tibb müəssisələri üçün işçilərin idarə olunması və iş proseslərinin təşkilini effektivləşdirmək məqsədilə hazırlanmış ixtisaslaşmış platformadır.
Fərdi işçi profilləri
Hər bir işçiyə unikal login və şifrə ilə təmin edilmiş şəxsi profil verilir. Burada vəzifə, ixtisas, növbələr, məzuniyyətlər və həyata keçirilmiş prosedurlar barədə məlumatlar saxlanılır.
Müəssisənin strukturu
Xəstəxanaların, mərtəbələrin, şöbələrin, rolların və mövqelərin əlavə olunması və qurulması imkanı, həkimlər, tibb bacıları və inzibati heyəti əhatə edir.
Hesabatların generasiyası
İşçilər üzrə növbələr, məzuniyyətlər və növbətçiliklər barədə məlumatları özündə cəmləşdirən Excel formatında hesabatların hazırlanması.
Növbə və məzuniyyətlərin idarə olunması
Növbələrin, növbətçiliklərin və məzuniyyətlərin planlaşdırılması, işçilərin müraciət göndərməsi, administratorlar tərəfindən həmin müraciətlərin qəbul edilməsi, rədd edilməsi və ya “gözləmə” statusuna qoyulması.
İşçi təqvimləri
Hər bir işçinin növbələrini və məzuniyyətlərini əks etdirən fərdi təqvimlər.
Çoxsəviyyəli idarəetmə
Administratorlar üçün müxtəlif hüquq səviyyələri, sistemin effektiv idarə olunmasını təmin edir.
mdportal.az— mdportal.az — tibb müəssisələrinin fəaliyyətini optimallaşdıran, işçilərin idarə olunmasında şəffaflıq, səmərəlilik və rahatlıq yaradan etibarlı vasitədir. Tibb işçilərinin idarə olunmasının avtomatlaşdırılması üçün effektiv bir həll olaraq səhiyyə müəssisələrinin iş səmərəliliyinin artırılmasına və xəstələrin xidmət keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verir.